Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabadda qidadan zəhərlənən ailə üzvlərinin son durumu məlum olub.
Bildirilib ki, ailə üzvlərindən ikisi ambulator müalicə üçün evə yazılıb.
Bir nəfərin isə müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.