ABŞ-ın İraqa aviazərbəsi zamanı iki Həşdi Şabi komandiri öldürülüb

16:50 4 Yanvar 2024

Oktyabrın 7-də İsraillə HƏMAS arasında başlayan müharibə sürətlə bölgəyə yayıldı. İsrail Livan və Suriya da daxil olmaqla, bölgənin şimalındakı strateji nöqtələri dəfələrlə bombalayıb.

Həftənin əvvəlində HƏMAS-ın siyasi qanadının ən yüksək vəzifəli şəxslərindən biri olan Salih Aruri öldürülüb. Livanın paytaxtı Beyrutun ucqarlarından biri olan Dahiyedə sui-qəsdin pilotsuz təyyarə ilə həyata keçirildiyi bildirilib.

Son üç ayda ABŞ ordusu da xüsusilə İraqda İran milis qüvvələrinin hədəfinə çevrilib. Oktyabrın 7-dən bəri husilər də daxil olmaqla ABŞ ordusu 118 dəfə hücuma məruz qalıb. Hücumlara cavab olaraq Birləşmiş Ştatlar həm Qırmızı dənizdə, həm də Ədən körfəzində ticarət gəmiçiliyini qorumaq üçün çoxmillətli dəniz işçi qrupu yaratdı.

İranda partlayış
Qasım Süleymaninin ölümünün dördüncü ildönümü üçün məzarına toplaşan minlərlə iranlı dünən ikiqat hücumla sarsıldı. Partlayışların uzaqdan idarə olunan bomba ilə  törədildiyi bildirildi, 100-dən çox adam həyatını itirdi, onlarla insan yaralandı.

İraqa silahlı hücum

AFP xəbər verir ki, İraqın paytaxtı Bağdada pilotsuz təyyarənin hücumu nəticəsində iki Həşdi Şabi komandiri həlak olub. Rəsmilər hücumun ABŞ tərəfindən törədildiyini bildirib.
Digər tərəfdən, İraq rəsmiləri hücumun İran milis qüvvələrinin qərargahını hədəf aldığını iddia edərək, bu iddianın müstəqil mənbələr tərəfindən təsdiqlənə bilmədiyi iddia edilib.

Məğrur,

Sitat.info



Xəbər xətti