Qərbdə "İsrail sorğulamaları" başladı

17:24 4 Yanvar 2024

Qəzzada 3 aydır davam edən böyük vəhşilik Qərbdəki müsəlmanların da baxışlarına təsir edib. Hökumətlərin əksəriyyəti İsrailin hücumlarına reaksiya verməsə də, cəmiyyətin bütün təbəqələrindən İsrail əleyhinə səslər yüksəlir.

Sitat.info xəbər verir ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda minlərlə insan həyatını itirib. Ölənlərin əksəriyyəti uşaqlar və qadınlardır.

İllərdir blokadada olan Qəzza İsrailin hücumlarından əvvəl də “açıq hava həbsxanası” olaraq xarakterizə edilirdi.

Oktyabrın 7-dən sonra İsrailin hədsiz hücumları Qəzzanı böyük vəhşiliyin baş verdiyi ruh şəhərə çevirib. İsrailin şimaldan başlayan hücumları səbəbilə "təhlükəsiz" adlandırılan cənuba köç edən 1 milyondan çox insan aclıq, susuzluq və soyuq hava ilə mübarizə aparır.

Kənan

Sitat.info



Xəbər xətti