İstanbulda şagirdləri daşıyan avtobus qaçırıldı

19:06 4 Yanvar 2024

Türkiyədə İstanbul şəhərinin Kadıköy ərazisində şagirdlərin olduğu avtobus naməlum şəxs tərəfindən qaçırılıb.

Sitat.info xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Məlumata görə, servis maşını işıqforda dayanarkən naməlum şəxs sürücüyə arxa təkərinin partladığı barədə xəbərdarlıq edib. Sürücü təkəri yoxlamaq üçün düşən zaman həmin şəxs sükana əyləşərək avtobusu qaçırıb.

Naməlum şəxs sonradan 10 şagird və stüardessanı servisdən düşürərək özü avtobusla qaçmağa davam edib.



Xəbər xətti