İsrail Qəzzada 22 min 438 insanı qətlə yetirib

22:10 4 Yanvar 2024

İsrailin hücumlarında ölənlərin sayı son 24 saatda 125 nəfər artaraq 22 min 438-ə, yaralıların sayı isə 57 min 614-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf Kudra verdiyi açıqlamada İsrailin Qəzza zolağına 90 gündür hücumları ilə bağlı məlumat verib.

İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 125 fələstinlini öldüyünü 318 fələstinlinin yaralandığını bildirən Kudra, İsrailin 7 oktyabrdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 22 min 438, yaralı sayının isə 57 min 614-ə yüksəldiyini bildirib.

Kənan

Sitat.info



Xəbər xətti