Öldürülən imamın qatilinin tapılması üçün 25 min dollar mükafat

22:18 4 Yanvar 2024

ABŞ-ın Nyu-Cersi ştatında dünən güllələnərək öldürülən İmam Həsən Şərifin qatilinin tapılması üçün 25 min dollar mükafat təklif edilib. Baş prokuror Metyu Platkin açıqlamasında deyib: "İndiyə qədər toplanmış sübutlar hücumun qərəzli və ya terror aktı ilə törədildiyini göstərmir".

Sitat.info xəbər verir ki, dünən səhər tezdən Nyu-Cersi ştatının Nyuark şəhərindəki Məhəmməd-Nyuark məscidi qarşısında hücuma məruz qalaraq öldürülən İmam Həsən Şərifin qatilinin tapılması üçün 25 min dollar mükafat təklif edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti