İrandakı hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

22:22 4 Yanvar 2024

İranda Qasım Süleymaninin ölümünün 4-cü ildönümündə keçirilən anım mərasimində terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Sitat.info xəbər verir ki, İranın Kirman şəhəri son illərdə ən çox insan itkisi ilə nəticələnən hücumlardan birinə çevrilib.

Terror aktlarından bir gün sonra İranın daxili işlər naziri Əhməd Vahidi məhkəmə-tibbi ekspertizanın məlumatlarını çatdırıb. Onun sözlərinə görə, partlayışlar nəticəsində ölənlərin sayı 84-ə, yaralananların sayı isə 284-ı çatıb. 

Kənan

Sitat.info



Xəbər xətti