Pakistanda yaşayış məhəlləsində yanğın: 100-dən çox ev külə dönüb

23:17 4 Yanvar 2024

Pakistanın Kəraçi şəhərində gecəqonduda baş verən yanğında 100-dən çox ev kül olub.

Sitat.info xəbər verir ki, Pakistanın Kəraçi şəhərində gecəqonduda yanğın baş verib. Qısa müddətdə böyüyən yanğın nəticəsində 100-dən çox ev külə dönüb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndəriliv. Hələlik yanğında tələfat qeydə alınmayıb.

Yanğın nəzarət altına alınıb.

Səbəbi hələ məlum olmayan yanğınla bağlı araşdırmalara başlanılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti