Blinkenin maşınını qırmızı rəngə boyayıblar

23:21 4 Yanvar 2024

Fələstini dəstəkləyən nümayişçilər ABŞ dövlət katibi Antoni Blinkenin avtomobilinə İsrailin Qəzzaya hücumlarında həlak olan mülki şəxslərin qanını təmsil edən qırmızı boya tökülüb.

Sitat.info xəbər verir ki, ABŞ-ın İsrailə hərbi yardımı və Təl-Əviv rəhbərliyinin Qəzzada dinc sakinləri qətlə yetirməsinə etiraz edən bir qrup fəal Antoni Blinken iqamətgahından çıxarkən onun rəsmi avtomobilinə qırmızı boya atıb.

Nümayişçilər həmçinin onun Virciniya ştatının Maklin rayonundakı iqamətgahı ilə üzbəüz Blinkenə bənzəyən qana bulanmış əlləri olan mumiya qoyublar.

Kənan

Sitat.info



Xəbər xətti