Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələdən sonra baş verən sürüşmə ətrafdakılar tərəfindən anbaan qeydə alınıb. Sürüşmə nəticəsində çoxlu evlər dağılıb.
Sitat.info xəbər verir ki, yanvarın 1-də Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələnin fəsadlarını aradan qaldırılmağa çalışarkən, fəlakətin miqyasını ortaya qoyan yeni görüntülər ortaya çıxıb.
Torpaq sürüşməsi nəticəsində dağ yamacında çoxlu evlər dağılıb. Rayon sakinləri qorxu və təşviş içində qalıb.
Sürüşmədə insan itkisinin olub-olmadığı məlum deyil.
Seymur Bənnayev
Sitat.info