İmişlidə ağacları kəsən şəxs məsuliyyətə cəlb olunub

10:55 5 Yanvar 2024

İmişli rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.

Bu barədə Sitat.info-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.

Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.



Xəbər xətti