Laçında avtomobil qəzasında həlak olan hərbçi Gəncədə dəfn olunub

14:35 5 Yanvar 2024

Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.

Sitat.info "Report"a istinadən xəbər verir ki, dəfn mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Qeyd edək ki, Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunan H.İsmayılov yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayaraq həlak olub.

Qəza nəticəsində onunla birgə Azərbaycan Ordusunun hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu da həlak olub.



Xəbər xətti