Berlində yaşayan israillilər nümayiş keçiriblər

21:14 5 Yanvar 2024

Almaniyanın paytaxtı Berlində yaşayan israillilər Qəzzada müharibəni bir an əvvəl dayandırmaq üçün nümayiş təşkil ediblər.

Sitat.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin qarşısına toplaşan israilli qrup nümayiş keçirərək hökumətdən İsrailə öz siyasətini dayandırması üçün təzyiq göstərməsini və beynəlxalq ictimaiyyətdən müharibəni dayandırmaq və diplomatik həll yolu tapmaq üçün səy göstərməsini tələb edib.

Nümayişçilər alman, ivrit və ingilis dillərində "Atəşkəs", "Fələstinlilər üçün ədalət, hamı üçün ədalət", "Yalnız sülh təhlükəsizlik gətirir, hərb həll yolu deyil!",  "Qəzzada qətliamı dayandırın" şüarları səsləndiriblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti