Yanvarın 6-da saat 7 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər DYP İdarəsindən Sitat.info-ya bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub.
Göstərilən müdaxilələrə baxmayaraq, qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.