Meksikada təyyarə qəzaya uğrayıb, ölənlər var

11:15 6 Yanvar 2024

Meksikanın şimalında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə AP agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Aviaqəza ölkənin şimalındakı Koauila ştatının Ramos Arispe şəhərindəki Plan de Qvadalupe beynəlxalq hava limanı yaxınlığında baş verib.

Ştatın Baş Prokurorluğundan bildirilib ki, hadisə nəticəsində 3 qadın və 1 kişi ölüb.

Yerli hakimiyyət orqanları qəzanın səbəbləri barədə məlumat verməyib.



Xəbər xətti