Türkiyədə 15 nəfər casusluq ittihamı ilə həbs olunub

14:10 6 Yanvar 2024

Türkiyədə casusluqda şübhəli bilinərək saxlanılan 34 nəfərin 15-i həbs olunub.

Sitat.info bu barədə Trend-ə istinadən xəbər verir.

Mərkəzi İstanbul olmaqla 8 vilayətdə keçirilən əməliyyat nəticəsində saxlanılan 34 şübhəlidən 26-sının "siyasi və ya hərbi casusluq" cinayətinə görə həbs olunmalarını tələb edilib.

Məhkəmə şübhəlilərdən 15-i barəsində həbs qətimkan, 11-i barəsində isə ədliyyə nəzarəti tədbiri görülməsinə qərar verib.

8 şübhəli isə deportasiya olunması üçün İl Miqrasiya İdarəsinə təhvil verilib.



Xəbər xətti