Güclü külək fəsadlar törədib

14:50 6 Yanvar 2024

Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.

Sitat.info "Report"a istinadən bildirir ki, şəhərin bəzi prospekt və küçələrində iri gövdəli ağaclar aşıb.

Nəticədə nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Bundan başqa, elektrik və rabitə təsərrüfatına da zərər dəyib.

Küləyin şəhərdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər görülüb.

Qeyd edək ki, yanvarın 5-i axşam saatlarından başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.



Xəbər xətti