Rusiyaya yollanan tankerin mühərriki sıradan çıxıb

13:20 7 Yanvar 2024

Maltadan Rusiyanın Novorossiysk limanına yollanan "Sundoro" tankerinin Çanaqqala boğazında mühərriki sıradan çıxıb.

Sitat.info xəbər verir ki, bu barədə NTV telekanalı Türkiyənin sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Malta bayrağı altında Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən 185 metrlik "Sundoro" tankeri Çanaqqala boğazından keçərkən mühərrikində nasazlıq yaranıb.

Gəminin kapitanı naviqasiyanı idarəetmə idarəsinə nasazlıq barədə məlumat verib. Göndərilən iki yedək gəminin köməyi ilə tanker Şövkətiyyə lövbərinə aparılıb.



Xəbər xətti