ABŞ Konqresində Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri 2024-cü ildə federal hökumətin işinin maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər.
Sitat.info-nun məlumatına görə, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.
ABŞ-ın 2024-cü il üçün ümumi büdcəsi 1,6 trilyon dollar olaraq qiymətləndirilir ki, bunun da 886 milyard dolları müdafiə xərclərinə, 704 milyard dolları isə digər xərclərə ayrılıb.