Putin Jirinovski ilə vidaya nüvə çantası ilə gəlib? İlGİNC İDDİA

14:46 9 Aprel 2022

Uzun müddətdir prezident aparatının qarşısında görünməyən Rusiya lideri Putin, ultra millətçi rus siyasətçisi Vladimir Jirinovskinin dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Moskvada keçirilən dəfn mərasimində Putin Jirinovskinin tabutuna gül qoyub, əli ilə xaç işarəsi vuraraq başı ilə təzim edərkən görüntülənib.

Putin Jirinovski ilə vidalaşanda "Xilaskar Məsih"in kilsəsi tamamilə boşaldılıb  və içəri heç kəs buraxılmayıb. 

Rusiya ordusunun rəsmi televiziyası “Zvezda” Putinin kafedraldakı görüntülərini nümayiş etdirib. Görüntülərdə Putinin yaxın mühafizəçilərinin daşıdığı çanta diqqət çəkib. Britaniya mediası kostyum və qırmızı qalstuk taxan cangüdənlərin “nüvə çantaları” daşıdığını yazıb.

Son vaxtlar Putinə rəqib kimi görünən, lakin əslində Putinə çox yaxın olan 75 yaşlı Jirinovskinin Covid-19 səbəbilə çərşənbə günü vəfat etdiyi açıqlanıb. Putin son aylarda müəyyən hallarda ictimaiyyət qarşısına çıxır. Fevralın 24-də başlayan Ukrayna işğalından sonra o, martın 18-də Moskvada stadionda keçirilən mitinqinə qatılmaq üçün ilk dəfə prezident aparatından çıxıb və burada iştirak edib. 

Səid İsaoğlu,

SİTAT.İNFO

 



Xəbər xətti