Azad edilmiş ərazilərdə seçki məntəqələri artıq hazırdır

11:50 8 Yanvar 2024

“Növbədənkənar prezident seçkisi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq yaradılıb”.

Sitat.info-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, həmin məntəqələr lazımi avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.



Xəbər xətti