Keçən ay Avropa Komissiyası tərəfindən yaradılmış aktivlərin dondurulması ilə bağlı yaradılmış İşçi Qrupu indiyədək Rusiya və Belarus oliqarxlarının və şirkətlərinin 30 milyard avroluq aktivlərini dondurub.
SİTAT.İNFO xəbər verir ki, ötən gün edilən açıqlamada təxminən 196 milyard avroluq əməliyyatların bloklandığı da ifadə edildi. AB Komis siyasının dünən verdiyi açıqlamada, sanksiyalar çərçivəsində Avropa Birliyinə üzv ölkələrin bildirişləri ilə İşçi Qrup bu günə qədər Rusiya və Belarus oliqarx və şirkətlərinin 30 milyard avroluq aktivlərini dondurub.
Dondurulan aktivlər arasında 6,7 milyard avro dəyərində qayıqlar, helikopterlər, daşınmaz əmlak və sənət əsərləri də var.
Bundan əlavə, təxminən 196 milyard avroluq əməliyyatlar bloklanıb. Təyin olunmuş şəxslər qarşı məhdudlaşdırıcı tədbirlər Aİ sanksiyalarının bir hissəsi kimi Avropa Birliyinə üzv dövlətləri təmsil edən Aİ Şurası tərəfindən qərarlaşdırılır.
2022-ci ilin mart ayında yaradılan "dondur və ələ keçir" adlı işçi qrup həm də Aİ-yə üzv dövlətlərin sanksiyalara məruz qalan şəxslərin və ya şirkətlərin hər hansı cinayətdə iştirak edib-etmədiyini araşdıra biləcəyi platforma təmin edəcək.
Nərmin,
SİTAT.İNFO