Xaçaturov yenidən həbs edilə bilər

12:50 8 Yanvar 2024

Prokurorluq Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu, üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edir.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan Baş Prokurorluğu Xaçaturovun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarının ləğv edilməsini tələb edərək kassasiya şikayəti verib.



Xəbər xətti