Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıb

13:50 8 Yanvar 2024

Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bildirilib ki, Novomoskovskda partlayış dalğası nəticəsində mikroavtobusun aşması üzündən 5-i uşaq olmaqla 24 nəfər xəsarət alıb.

Xarkovda mülki obyektlərə ziyan dəyib. Zaporojye və Krivoy Roqda xəsarət alanların olduğu bildirilir.



Xəbər xətti