İşğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinə basqın edən İsrail qüvvələri biri real güllə ilə vurulan 8 fələstinlini yaralayıb.
Sitat.info xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri səhər saatlarında Ramallah və Əl-Bira şəhərlərinə basqın ediblər.
Basqına reaksiya verən fələstinlilərlə İsrail əsgərləri arasında iğtişaşlar başlayıb. İsrail əsgərləri fələstinlilərə qarşı real güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
İsrail qüvvələri Ramallahda 2 həkim və bir tibb bacısını saxlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada Ramallahda basqın zamanı 8 fələstinlinin yaralandığı bildirilib.
Seymur Bənnayev
Sitat.info