“Hizbullah”ın yüksəkrütbəli komandiri İsrail ordusu tərəfindən məhv edilib- VİDEO

09:15 9 Yanvar 2024

İsrail ordusunun endirdiyi raket zərbəsi nəticəsində Livanın “Hizbullah” qruplaşmasının yüksəkrütbəli komandiri öldürülüb.

Sitat.info yerli mənbəyə istinadən xəbər verir ki, söhbət Vissam Həsən Ət-Tavildən gedir. Onun ləqəbinin Həcc Cavad olduğu vurğulanıb.

Qeyd olunub ki, raket zərbəsi onun olduğu avtomobilə endirilib.

Artıq sosial şəbəkələrdə Vissam Həsən Ət-Tavilin olduğu avtomobilin görüntüləri də paylaşılıb.

 



Xəbər xətti