Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı

09:30 9 Yanvar 2024

Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində həlak olanların sayı artıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölənlərin sayı 180 nəfərə çatıb. 

Ən son məlumata görə, 565 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 195 nəfər isə itkin düşüb. 

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da qeydə alınıb.



Xəbər xətti