Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonunda baş tutacaq.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli televiziyaya müsahibəsində bildirib.
O dəqiq tarixi açıqlamayıb.
Qriqoryan əlavə edib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib.
İki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın iştirakı ilə sonuncu görüş noyabrın 30-da sərhəddə baş tutub.
Görüş zamanı tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.