İsrail ordusundan mesaj: Hücumlarda yeni mərhələyə keçildi

10:39 9 Yanvar 2024

İsrail ordusu Qəzzanın cənubunda Xan Yunisi hədəfə alıb. Sərhədsiz Həkimlər Təşkilatına məxsus sığınacağa artilleriya mərmisi düşüb və 4 nəfər yaralanıb. Oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 23 min 84-ə yüksəlib. İsrail ordusu "hücumlarda yeni və daha az intensiv mərhələyə girildiyi" ilə bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, İsrail Qəzzanı havadan, qurudan və dənizdən bombalamağa davam edir.

İsrailin Sərhədsiz Həkimlər Təşkilatına məxsus sığınacağa artilleriya mərmisi atması nəticəsində 4 nəfər yaralanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti