Altun: “Gücümüzü Azərbaycan torpaqlarının qaytarılmasında hiss etdirmişik”

16:15 9 Aprel 2022

“Biz insani, meydandakı və masa arxasındakı gücümüzün bütün aspektlərini Şərqi Aralıq dənizində hüquq və mənafelərimizin qorunmasında, Liviyada iğtişaşçıların zülmlərinə son qoyulmasında və Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasında hiss etdirmişik. Biz bu addımların nəticəsini gördük və görürük”.

Apa-nınn Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

Türkiyənin dünyada və bölgədə güc olduğunu qeyd edən F.Altun, ölkəsinin Rusiya-Ukrayna müharibəsinin bitməsi yönündə rolunu da vurğulayıb.

“Xüsusilə İstanbuldakı görüş nəticəsində gərginliyi azaltmaq üçün hər iki tərəfdən işarələr verildi. Prezidentimizin görüşün əvvəlindəki nitqindəki “Ədalətli sülhdə uduzan olmaz” vurğusu çox mühüm idi. Müsbət və konstruktiv şəraitdə keçən bu görüşün nəticələri həqiqətən də sülhə olan ümidləri artırdı və sülh prosesinə mənalı təkan verdi. Bu proses göstərdi ki, regionunda və dünyada sabitliyi təmin edən Türkiyə insan mərkəzli xarici siyasəti ilə qlobal sülhə xidmət etməyə davam edir”, - deyə o bildirib.



Xəbər xətti