Azərbaycanda daha bir uşaq qızılcanın qurbanı olub.
Sitat.info-nun məlumatına görə, hadisə Bakıda baş verib.
Qızılcadan vəfat edən 2015-ci il təvəllüdlü Ömər Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.
Qeyd edək ki, Azərbayanda son aylarda uşaqlar arasında qızılcadan 10-a yaxın uşaq həyatını itirib.
Bundan əvvəl Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşları qızılcaya yoluxub. Yanvarın 5-də Məmişov Yusifin vəziyyəti ağırlaşıb, ertəsi gün ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib.
Yanvarın 4-də isə Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
TƏBİB-dən bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib.