Blinken İsrailə səfər edib

11:30 9 Yanvar 2024

ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyü Miller X-də yazıb.

"Blinken bütün qalan girovların vətənə qayıtmasını təmin etmək üçün davam edən səyləri müzakirə etmək məqsədilə İsraildədir.

Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir", - Millerin paylaşımında deyilir.



Xəbər xətti