Qəzzada daha 2 fələstinli jurnalist öldürülüb.
Sitat.info xəbər verir ki, Qəzza zolağı hökumətinin Media Ofisindən verilən açıqlamada, İsrailin həyata keçirdiyi hücumlarda fələstinli jurnalistlər Abdullah Baris və Məhəmməd Əbu Dayerin həyatını itirdiyi bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən bu yana hücumlar nəticəsində Qəzzada öldürülən jurnalistlərin sayı 112-yə çatıb.