ABŞ qoşunlarını İraqda saxlamaqda qərarlıdır

12:06 9 Yanvar 2024

İraqdan verilən "ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkədə mövcudluğuna son qoyulacaq" bəyanatından sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama verib.

Sitatşinfo xəbər verir ki,Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder bu istiqamətdə suallarını cavablandırıb və qoşunlarını İraqdan çıxarmaq planlarının olmadığını bildirib.

"Hazırda belə bir plan (geri çəkilmək) barədə məlumatım yoxdur."

Rayder, İŞİD-lə mübarizə çərçivəsində yaradılmış yeni missiyalarına diqqəti davam etdirdiklərini bildirib.

Rayder İraq hökumətinin dəvəti ilə bölgədə olduqlarına da diqqət çəkib. Yanvarda Bağdadda ABŞ-ın hava hücumu nəticəsində İrana yaxın Həşd əş-Şabiyə bağlı şiə milis qüvvələri olan Nuceba Hərəkatının liderlərindən olan “Əbu Təkva əl-Səidi” adlı şəxsin öldürüldüyü bildirilib. 

İraq hökuməti daha sonra terror təşkilatı İŞİD-ə a qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı hücuma görə məsuliyyət daşıyıb.

İraqın baş naziri Məhəmməd Şia əs-Sudani yanvarın 5-də verdiyi açıqlamada ABŞ-ın Bağdaddakı Həşd əl-Şabi qərargahına hücumunu pisləyib və deyib: “Hökumət olaraq biz ikitərəfli komissiyanın işinə başlamaq prosesindəyik və koalisiya qüvvələrinin mövcudluğuna son qoyacağıq". 

Nərgiz,

Sitat.info



Xəbər xətti