Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Sitat.info xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
O əlavə edib ki, Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.
“İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, - baş prokuror qeyd edib.