Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər.
Sitat.info Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gələrək hadisə yerinə baxış keçiriblər.
Onlar həmçinin Perinatal Mərkəzdə yanğından zərər çəkmiş xəstələrin vəziyyəti ilə yerində tanış olub, lazım olan köməkliyin göstərilməsi barədə tapşırıq veriblər.
Xatırladaq ki, yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.