İsrail səfiri Azərbaycana başsağlığı verdi

15:00 9 Yanvar 2024

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycana başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə səfir X hesabında yazıb.

"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",- səfir bildirilib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.



Xəbər xətti