Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Dövlət başçıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərin başlanmasını müzakirə ediblər.
Prezident İlham Əliyev və Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparıblar.