Səlcuq və Sümeyye Bayraktarın ikinci övladı dünyaya gəlib. Səlcuq Bayraktar bu barədə X sosial media platformasında xəbər yayıb. Bildirilib ki, cütlük övladına Asım Özdemir adını verib.
Sitat.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.
Prezident Ərdoğan Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.
Burada nəvəsi və qızının sağlamlıq durumu ilə bağlı məlumat alan Ərdoğan nəvəsinin qulağına onun adını oxuyub.
Körpəyə Asım Özdemir adının qoyulduğu öyrənilib. Prezident Ərdoğanı xəstəxanaya səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.
Prezident Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4 nəvəsi, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.
Türkan,
Sitat.info