HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, İsrailin törətdiyi soyqırım və qırğınlara baxmayaraq, Qəzzaya hücumda məqsədlərinin heç birinə nail ola bilməyib.
Sitat.info xəbər verir ki, Haniyə Qətərin paytaxtı Dohada keçirilən Dünya Müsəlman Alimlər Birliyinin 6-cı Baş Assambleyasının iclasında çıxış edib.
İsrailin Qəzzaya hücumları ilə Həmas-a son qoymağı, məhbuslarını xilas etməyi və fələstinliləri köç etməyə məcbur etməyi planladığını bildirən Haniyə, "Qəzzada törətdiyi soyqırım və qırğına baxmayaraq, İsrail heç bir məqsədinə nail ola bilməyib" - dedi.
Savaşın başlamasından təxminən 100 gün keçməsinə baxmayaraq, İsrail kəşfiyyatı, onun qərbli müttəfiqləri və Qəzza üzərində uçan pilotsuz uçuş aparatlarının heç bir məhbusu belə xilas edə bilmədiklərini deyən Haniyə, məhbusların sağ-salamat xilas edilməsinin İsrail həbsxanalarında olan bütün məhbusların azadlığa buraxılmasından asılı olduğunu qeyd edib. İsrailin məcburi köç planlarına toxunan Haniyə bildirib ki, Fələstin xalqının müqaviməti və torpaqlarına bağlılığı nəticəsində bu məqsədlər də iflasa uğradı.
Məğrur,
Sitat.info