Azərbaycan Xarici İşlər Nazirliyinin həbs olunan Martin Rayanın Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib.
Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə deyib. O bildirib ki, bununla əlaqədar səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.