Ermənistan hesab edir ki, Azərbaycanla danışıqlar əvvəllər olduğu kimi Qərb platformalarında davam etdirilməlidir.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan parlamentin Xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.
“Artıq formalaşmış danışıqlar formatlarını davam etdirmək bizim üçün çox vacibdir. Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri, eləcə də AB-nin vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı formalaşdırılıb. Bu, danışıqlara legitimlik əlavə edir”, - o bildirib.
//Axar.az