BMT müxbirləri İsraili "soyqırım"da ittiham edir

17:14 10 Yanvar 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese və mənzil hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Rajaqopal İsraili Qəzzada dinc insanları ac və evsiz qoyaraq soyqırım cinayəti törətməkdə ittiham edib.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin üzrə xüsusi məruzəçi Albanese bildirib.

Albanese deyib: "Bu vəziyyət soyqırım ittihamlarını daha da ağırlaşdırır, çünki fiziki məhvə aclıq yolu ilə nail olmaq olar. İsrail bunun mübaliğə olduğunu deyir. Bəs media mənsubları və insan haqları müşahidəçiləri niyə Qəzzaya girə bilmirlər?".

Kənan

Sitat.info



Xəbər xətti