Türkiyədən Azərbaycanla bağlı - Açıqlama

17:50 9 Aprel 2022

Biz humanitar, meydandakı və masa arxasındakı gücümüzün bütün aspektlərini Şərqi Aralıq dənizində hüquq və mənafelərimizin qorunmasında, Liviyada iğtişaşçıların zülmlərinə son qoyulmasında və Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasında hiss etdirmişik.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O bildirib ki, xüsusilə İstanbuldakı görüş nəticəsində gərginliyi azaltmaq üçün hər iki tərəfdən işarələr verildi:

“Prezidentimizin görüşün əvvəlindəki nitqindəki “Ədalətli sülhdə uduzan olmaz” vurğusu çox mühüm idi. Müsbət və konstruktiv şəraitdə keçən bu görüşün nəticələri həqiqətən də sülhə olan ümidləri artırdı və sülh prosesinə mənalı təkan verdi. Bu proses göstərdi ki, regionda və dünyada sabitliyi təmin edən Türkiyə xarici siyasəti ilə qlobal sülhə xidmət göstərməyə davam edir”.



Xəbər xətti