Efiopiyada 4 milyon insan ərzaq böhranı ilə üz-üzədir

18:56 10 Yanvar 2024

Efiopiyada iqlim dəyişikliyinin yaratdığı fəlakətlər təxminən 4 milyon insanı ərzaq böhranı ilə üz-üzə qoyub.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Efiopiya Rezident Əlaqələndirmə Ofisi və Efiopiya Fəlakət Riskinin İdarə Edilməsi Komissiyası Efiopiyadakı ərzaq böhranı ilə bağlı birgə bəyanat yayıb. 

Açıqlamada, yağıntıların qeyri-kafi olmasının qida böhranına səbəb olduğu bildirilib və Efiopiyanın dünyanın ən ağır qida böhranı ilə üzləşdiyi vurğulanıb.

Kənan

Sitat.info

 



Xəbər xətti