Abbas: Heç bir fələstinlinin məcburi köçkün olmasına imkan verməyəcəyik

18:59 10 Yanvar 2024

Fələstin prezidenti Mahmud Abbas blokada altındakı Qəzza zolağından və ya işğal olunmuş İordan çayının qərb sahilindən istənilən fələstinlini zorla köçürmək cəhdlərini qəti şəkildə rədd etdiklərini bildirib.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Abbas bölgə turu çərçivəsində Qüdsdən gələn ABŞ dövlət katibi Antoni Blinkeni Ramallahdakı prezidentlik binasında qəbul edib.

Görüşdə Qəzza zolağında hücumların dayandırılması üçün səylər, humanitar yardımların bölgəyə girişinin sürətləndirilməsinin əhəmiyyəti və İordan çayının qərb sahilindəki inkişaflar müzakirə edilib.

Kənan

Sitat.info



Xəbər xətti