İspaniyada xəstəxanalarda yeni məcburi qayda

20:16 10 Yanvar 2024

İspaniya Səhiyyə Nazirliyi ötən həftədən bəzi muxtar bölgələrdə tətbiq edilən, tənəffüs yoluxucu infeksiyalara yoluxmuş xəstələrin sayının artması ilə əlaqədar bütün ölkə üzrə xəstəxanalarda maska taxmaq öhdəliyini həyata keçirmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, İspaniyada mərkəzi hökumət son həftələrdə qrip və COVID-19 kimi tənəffüs yolu infeksiyası hallarının artmasına və xəstəxanalardakı sıxlığa qarşı tədbirlər görüb.

Səhiyyə naziri Monika Qarsiya mətbuata açıqlamasında ölkədəki 17 muxtar administrasiyadan 6-da tətbiq olunan xəstəxanalarda və bütün digər sağlamlıq mərkəzlərində maska taxmaq öhdəliyinin ölkə daxilində genişləndirildiyini bildirib.

Kənan

Sitat.info



Xəbər xətti