İsrail qüvvələri 4 tibb işçisini öldürüb

22:36 10 Yanvar 2024

İsrail qüvvələrinin blokada altında olan Qəzza zolağının mərkəzi hissəsində təcili yardım maşını vurduğu və hücumda 4 səhiyyə işçisinin həlak olduğu açıqlanıb.

Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail qüvvələrinin Deyr-Bəlahda təcili yardım maşını vurduğu bildirilib.

Səlahəddin küçəsində baş verən hücumda 4 Fələstin Qızıl Aypara əməkdaşının həyatını itirdiyi bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti