44 ilə qarşılıq 25 milyon dollar

22:43 10 Yanvar 2024

ABŞ-da 44 il haqsız yerə həbs edilən şəxsə 25 milyon dollar təzminat ödəniləcəyi açıqlanıb.

Sitat.info xəbər verir ki, Şimali Karolina ştatında 54 yaşlı qadına təcavüz etdiyinə görə 44 il həbs olunan qaradərili Ronnie Longun günahsız olduğu ortaya çıxıb.

ABŞ Apellyasiya Məhkəməsinin hakimi Stephanie Thacker, mövzu ilə bağlı edilən açıqlamalar nəticəsində "polisin qəsdən maddi sübutları gizlətdiyi bəlli olduqdan sonra" 27 avqust 2020-ci ildə Long haqqında hökmün ləğv edildiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti