Kreml: Putin və Ərdoğan daimi təmasda olmalıdırlar

22:47 10 Yanvar 2024

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daimi təmasda olması lazım olduğunu bildirib və bu təmasın ikitərəfli əlaqələr üçün vacib olduğunu” deyib.

Sitat.info xəbər verir ki, Peskov cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Rusiya prezidenti Putinin Türkiyəyə planlaşdırılan səfərinin tarixi ilə bağlı hələlik hər hansı bir yenilik olmadığını deyən Peskov bunun diplomatik kanallarla müəyyən ediləcəyini bildirib.

Peskov deyib: "Putin və Ərdoğanın davamlı təmasda olması lazımdır. Bu təmas ikitərəfli əlaqələr üçün əhəmiyyətlidir. Lazım olduqda telefonla danışa bilərlər".

Kənan

Sitat.info



Xəbər xətti